29.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 28.10. 2022-ci il tarixində Azərbaycanda “Şuşa” ili elan edilməsi ilə əlaqədar olaraq “Şuşa Qarabağın döyünən ürəyi” adlı şeir gecəsi təşkil olundu. Tədbirdə 27 saylı məktəb-liseyin IV sinif şagirdləri iştirak etdilər. Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şöbənin müdiri Ellada Rəhimova iştirakçıları salamlayaraq tədbiri açıq elan etdi. Bildirdi ki,1992-ci ilin 8 mayında itirdiyimiz Şuşa 28 il sonra 2020-ci ilın 8 noyabrında Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdikləri misilsiz rəşadəti və qəhrəmanlıqları nəticəsində geri alındı. Azərbaycanın şanlı bayrağını Şuşaya sancaraq müharibədə qələbə qazandı. Düşmənin yenilməz ordu mifini yerlə yeksan etdi. Bununlada hər bir Azərbaycanlının qürur yeri olan Qarabağ dərdi, Şuşa yarası sağaldı. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsi oldu. Tədbirdə iştirak edən 27 saylı məktəb-liseyin ibtidai sinif müəlliməsi Sevil Verdiyeva çıxış edərək qeyd etdi ki, bu möhtəşəm qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Vətən övladlarının döyüş yolu, şücaəti, vətən sevgisi gələcək nəsillərə böyük örnəkdir. Bəli, Şuşaya nəzarət edən Azərbaycan Ordusu tarix yazdı. Arzumuz reallaşdı. Şuşa öz sahibinin oldu.Ona görədə bu gün Şuşada böyük quruculuq işləri aparılır. Şuşa dirçəlir. Şuşa Azərbaycanın Mədəniyyət pataxtı elan edilərək, orada “Vaqif poeziya günləri və “Xarıbülbül” müsiqi festifalı keçirildi. Tədbirdə şagirdlər “Şuşaya”, “Qarabağa”, şəhidlərə, vətənə həsr olunmuş şeirlər və musiqi nömrələri ifa etdilər.